Ucarda DƏHŞƏT - Atasının il mərasiminə gedən ana və qızı yolda öldü
Gündəm 12 Iyun 2019 20:45 1598 dəfə oxunub
Ucarda DƏHŞƏT - Atasının il mərasiminə gedən ana və qızı yolda öldü
Məhkəmənin hazırlıq iclası iyun ayının 13-nə təyin olunub

Ucarda ana və körpə qızını maşınla vurub öldürməkdə təqsirli bilinən Rəşad Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az "Ölkə.Az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə hazırlıq iclası iyun ayının 13-nə təyin olunub. Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində baş verib. Rəşad Cavadov idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vurub. Ana və azyaşlı qızı elə hadisə yerindəcə keçinib. Hadisə vaxtı T. İsgəndərova övladı ilə birgə 1 il əvvəl vəfat etmiş atasının il mərasiminə getmək üçün Bakıdan kəndə gedirmiş. Cavadov Rəşad Rəhim oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü, yəni 2 və ya daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə ittiham elan edilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh