Yol polisi "Diqlas"ın ətrafını nəzarətə götürüb - VİDEO

Yol polisi 12 İyun 2019 21:10 Oxunub 2763
Yol polisi "Diqlas"ın ətrafını nəzarətə götürüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq bir həftədir ki, burda maşın saxlamağa icazə verilmir

Son günlər bəzi kütləvi informasiya vasitələrində "Diqlas" ticarət mərkəzinin sökülməsi ilə əlaqədar ərazidə avtomobil sıxlığının yaranması barədə məlumatlar yayılıb. Bildirilir ki, ərazidə qanunsuz parklanma fəaliyyəti ilə məşğul olan şəxslər nəqliyyat vasitələrini yolun hərəkət hissəsində park etdirib pul alırlar. Nəticədə 3 zolaqlı yol bağlanır və cəmi bir zolaq hərəkət üçün açıq qalır. Lakin bu gün Avtosfer.az-ın əməkdaşı həmin ərazidə müşahidə aparıb və məlum olub ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin ərazini nəzarətdə götürüb. "Diqlas" ticarət mərkəzinin ətrafında avtomobillərin parklanmasına icazə verilmir. Ərazidə nəqliyyat axını və piyadaların hərəkəti normal şəkildə təmin edilib.
Qeyd edək ki, artıq bir həftədir ki, yol polisləri əraziyə nəzarət edir.
 Avtosfer.az həmin görüntüləri təqdim edir:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh