Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralanıb
Qəzalar 13 Iyun 2019 07:44 124 dəfə oxunub
Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralanıb
Faktla bağlı araşdırma aparılır

Mingəçevirdə motosikletlə avtomobilin toqquşması nəticəsində üç Goranboy sakini yaralanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Asan Xidmət Mərkəzinin yaxınlığında baş verib. “Muravey” markalı motosiklet markası hələlik məlum olmayan avtomobillə toqquşub. Qəza nəticəsində motosikletdə olan üç nəfər Goranboy sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən hələlik kimlikləri tam müəyyənləşməyib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh