Abşeronda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib - VİDEO
Qəzalar 13 Iyun 2019 08:21 365 dəfə oxunub
Abşeronda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib - VİDEO
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "BMW" mrkalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yüksək süərtlə idarə edərək "Hyundai" marklı maşına çırpılıb. "Hyundai" zərbənin gücündən işıqforun qırmızı işığında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan sürücü xəsarət alıb. Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, "BMW"nin sürücüsü avtomobili sərxoş halda idarə edib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh