Ölümə səbəb olaraq qaçan “KamAZ” sürücüsünün məhkəməsi başlayır
Gündəm 13 Iyun 2019 10:46 128 dəfə oxunub
Ölümə səbəb olaraq qaçan “KamAZ” sürücüsünün məhkəməsi başlayır
Hakim İslam Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 21-ə təyin edilib

Bakının Qaradağ rayonu ərazisində qəza törədərək insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Məzahir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, iş baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib. Hakim İslam Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 21-ə təyin edilib.

Qeyd edək ki, hadisə ki, aprelin 1-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Yolun kənarında dayanmış piyada 1988-ci il təvəllüdlü Əfsanə Qurbanovanı naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb, Ə.Qurbanova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla hadisənin Məzahir Sadıqov tərəfindən “KamAZ-5511” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

M.Sadıqova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh