Qaxda avtomobildə narkotik daşıyan şəxs saxlanılıb
Gündəm 13 Iyun 2019 11:15 162 dəfə oxunub
Qaxda avtomobildə narkotik daşıyan şəxs saxlanılıb
Faktla bağlı RPŞ-də araşdırma aparılır

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb. Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Dindirilmə zamanı X.İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi ərazisində yetişdirdiyini bildirib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh