Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb
Gündəm 13 Iyun 2019 11:42 165 dəfə oxunub
Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır

Bərdədə təcili yardımın qadın həkimlərini döyən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, iyunun 12-də Bərdə rayon Təcili Tibbi Yardım stansiyasının 2 qadın feldşerinin Təcili Tibbi Yardım avtomobilində 1-ci Qaradəmirçi kəndində yaşayan Laçın rayon sakininin ünvanına çatarkən naməlum şəxsin gecikdiklərini və xəstənin ölməsini deyərək metal parçası ilə avtomobilin şüşələrini sındırması barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib və hadisəni törətməkdə şübhəli bilinən kənd sakini S.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh