Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK

Qaydalar 13 İyun 2019 12:31 Oxunub 1467
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasında YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh