"Yanardağ"a gedən avtobusların sayının artırılması təklif edilir
Gündəm 13 Iyun 2019 15:23 101 dəfə oxunub
"Yanardağ"a gedən avtobusların sayının artırılması təklif edilir
Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb

Dövlət Turizm Agentliyi "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işlərinin aparılması və qoruğa marağın artmasını nəzərə alaraq, buraya gələn marşrut avtobuslarının sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Yanardağ" qoruğuna mediatur zamanı deyib.

Onun sözlərinə görə, hazırda "Yanardağ"a gələn marşrut avtobusları var: "Hər kəs bu marşrut avtobuslarından istifadə edir. Lakin biz Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın".

K.Quluzadə əlavə edib ki, həm "Yanardağ", həm də "Atəşgah"a Hökumət evinin yanından "Baku city tour" avtobusları da gedir.

Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh