Bu suala doğru cavab verən olmadı - FOTOLAR

Yarışma 6 Aprel 2015 14:29 Oxunub 2680
Bu suala doğru cavab verən olmadı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«B» kateqoriyalı sürücü bunlardan hansını sürə bilər?

Avtosfer.az ötən həftənin sulaının doğru cavabını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlıdır. Sual diqqət və təhlil tələb edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir: Yalnız “B” kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü aşağıdakı nəqliyyat vasitələrindən hansını idarə edə bilər? 

A) İcazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan qoşqu ilə minik avtomobilini;

B) Kütləsi yedəkçi minik avtomobilinin yüksüz kütləsindən çox olmayan qoşqu ilə bu minik avtomobilini, bir şərtlə ki, belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kiloqramdan artıq olmasın;

C) Belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kiloqramdan artıq olsa da, icazə verilən maksimum kütləsi 750 kiloqramdan artıq olmayan qoşqu ilə istənilən minik avtomobilini;

Ç) Göstərilən hər üç nəqliyyat vasitəsini;

D) Göstərilən nəqliyyat vasitələrindən heç birini.

Qeyd edək ki, suala doğru cavab verən olmadığı üçün qalibimiz yoxdur. Bu sualın cavabı “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin 4-cü hissəsində verilib. Orada deyilir ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçündür: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Bu normadan aydın olur ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan qoşqu ilə “B” kateqoriyasına aid istənilən nəqliyyat vasitəsini (yəni qoşqu ilə birgə kütləsi 3500 kiloqramı aşsa da, aşmasa da) idarə edə bilər. Bu normadan həm də o nəticə çıxır ki, belə vəsiqəsi olan sürücü kütləsi yedəkçi minik avtomobilinin yüksüz kütləsindən çox olmayan qoşqu ilə bu minik avtomobilini də idarə edə bilər, lakin bir şərtlə ki, belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kiloqramdan artıq olmasın. Deməli, sualın cavabındakı “A”, “B” və “C” variantlarının hər birində göstərilən nəqliyyat vasitəsini idarə etmək olar. Ona görə də sualın doğru cavabı “Ç” variantı olacaq: Yalnız “B” kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü aşağıda göstərilən hər üç nəqliyyat vasitəsini idarə edə bilər.

Çox təəssüf ki, budəfəki sualımıza doğru cavb verən olmadı.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh