Bakıda mənzildən 25 min manat oğurlanıb
Gündəm 13 Iyun 2019 15:33 205 dəfə oxunub
Bakıda mənzildən 25 min manat oğurlanıb
Şübhəlinin kimliyi hələlik müəyyən edilməyib

Ötən gün Bakının Suraxanı rayonunda mənzillərin birindən 25 min manat oğurlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. Cinayət qurbanı Hövsan qəsəbəsi sakini, 39 yaşlı Samir Hüseynovdur. O, iyunun 12-də səhər saat 09:00-dan, axşam saat 17:00-a kimi evdə olmayıb. Zərərçəkən qarətin həmin vaxt kəsiyində törədildiyini iddia edir. Cinayətda bir məqam diqqət çəkir. S.Hüseynov doqquz mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayır. Cinayətkar mənzilə əsas giriş qapısından yox, eyvandan daxil olub (eyvanın qapısı açıq olub). Şübhəlinin kimliyi hələlik müəyyən edilməyib. 30-cu Polis Bölməsinin əməkdaşları cinayətin üstünü açmağa çalışır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh