Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı dava etdiriləcək
Gündəm 13 Iyun 2019 16:46 386 dəfə oxunub
Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı dava etdiriləcək
“Hazırda dünyada ildə 4,2 milyard sərnişin daşınır”

“Fransanın “Alstom” şirkəti yaxın 2 il ərzində Azərbaycan üçün 40 lokomitiv tədarük edəcək”. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan biznes forumu çərçivəsində təşkil edilmiş plenarda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu, Azərbaycanın dəmir yolu təsərrüfatının potensialını xeyli artıracaq. Daha sonra çıxış edən “Azərbaycan Hava Yolları” QSC-nin departament direktoru Fərhad Quliyev isə diqqəti hava nəqliyyatı ilə bağlı infrastrukturun inkişafına yönəldib: “Hazırda dünyada ildə 4,2 milyard sərnişin daşınır. 10 ildən sonra bu rəqəm 2 dəfə artaraq 8,2 milyard nəfərə çatmalıdır. Bu cür dinamika tələb edir ki, infrastrukturu inkişaf etdirək”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh