Yol polisi məzunları orta məktəblərdə belə təbrik etdi - FOTO - VİDEO

Yol polisi 14 İyun 2019 15:03 Oxunub 1308
Yol polisi məzunları orta məktəblərdə belə təbrik etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Valideynlərə və məzunlara bir sıra tövsiyələr verilib

Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları, eləcə də İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsi “Son zəng”lə bağlı orta məktəblərdə maarifləndirici tədbirlərdə iştirak ediblər. Tədbirlərdə məzunlar “Son zəng” günü münasibətilə Baş DYP İdarəsinin rəhbərliyi adından təbrik edilib.

Qeyd olunub ki, bu gün orta məktəbi bitirən məzunlar həyatın yeni mərhələsinə qədəm qoyurlar. Onlar bundan sonra ali məktəbə qəbul olacaq, hansısa ixtisas öyrənəcək, hərbi xidmətə yollanacaqlar. Ancaq harada olmalarından asılı olmayaraq onlar yol hərəkəti iştirakçısı olaraq qalacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair (2019-2023)” Dövlət Proqramında yol hərəkəti qaydalarının təhsil alanlar arasında, xüsusilə orta məktəblərdə geniş təbliğ edilməsi ən vacib vəzifələrdən biri kimi qarşıya qoyulub. Odur ki, DYP qurumları ənənəvi olaraq orta məktəblərdə keçirilən maarifləndirmə xarakterli görüşlərin sayını daha da artırmış və nəticədə yol hərəkəti qaydalarını bilən və ona əməl edən uşaq və yeniyetmələrin sayı xeyli artıb.

Tədbirlərdə o da bildirilib ki, son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərin və ya qohumların avtomobillərindən istifadə edərək əyləncə və şənlik keçirmək məqsədi ilə sükan arxasına əyləşirlər. Unutmaq olmaz ki belə hallar olduqca təhlükəli hərəkətlərdir. İlk növbədə, avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati xəta tərkibi yaradır. Odur ki, valideynlərin bu məsələni diqqət mərkəzində saxlamaları və bu işdə məsuliyyətli olmaları vacibdir.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh