“Mercedes-Benz GLC Coupe” yeniləndi - FOTO

Avtoxəbər 14 İyun 2019 13:23 Oxunub 1480
“Mercedes-Benz GLC Coupe” yeniləndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni modelə sifarişlərin qəbulu artıq başlanıb

Cari ilin əvvəlində alman krossoveri Mercedes-Benz GLC Coupe yeniləndi. Mercedes-Benz GLC Coupe ön fənərlərin daha ciddi baxışına malik oldu. Üstəlik, Coupe modelinin radiator barmaqlığının «almazlı» naxışı qorunub-saxlanıb. Avtomobilin fənərləri standart olaraq işıqdiodlarından hazırlanır, matrisa tipli fənərlər isə əlavə opsiya olaraq sifariş etmək mümkündür. Bundan başqa, avtomobilin bamperləri, radiator barmaqlığı, arxa fənərləri və təkər diskləri dəyişib, kuzovdakı xromun miqdarı artıb.
Salonda baş verən əsas dəyişiklik sensorlu düymələri olan sükan çarxıdır. Yeri gəlmişkən, bu sükan çarxı artıq standard avadanlıq olaraq təklif edilir.
Multimedia sisteminin ekranı sensorludur, sistem isə, səs və jestlərlə idarəetməni dəstəkləyir.  Mərkəzi tonneldəki lövhə yerini taçpada verib. Bundan başqa, musiqinin, mikroklimatın, massaj funksiyasının, oturacaqların havalandırmasının və qızdırılmasının idarə edilməsini sinxronlaşdıran Energizing funksiyası da peyda olub.
Yeni modelə sifarişlərin qəbulu artıq başlanıb. İlk avtomobillərin Azərbaycana çatdırılması isə yalnız 2019-cu ilin avqustunda nəzərdə tutulub.
Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus
Тел.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Тел.: + 994 12 347 78 00

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh