Astarada yol polisi “Son zəng” günü reyd keçirib - FOTO

Yol polisi 15 İyun 2019 00:11 Oxunub 1287
Astarada yol polisi “Son zəng” günü reyd keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərin azyaşlılara etibar edilməsi qəti şəkildə yolverilməzdir

Astara polisi "Son zəng" günündə məktəbliləri baş verə biləcək xoşagəlməz hallardan qorumaq üçün reyd keçirib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Son zəng” tədbirləri ilə bağlı olaraq məktəblərin qarşısında və ümumilikdə rayon ərazisində hərəkətin sıxlığı nəzərə alınaraq nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat və təhlükəsiz hərəkəti məqsədilə Astara rayon polis şöbəsinin dövlət yol polisi bölməsi səhər saatlarından gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Bununla əlaqədar olaraq yol polisi əməkdaşları sürücülük hüququ olmayan məzunlara avtomobillərin verilməsinin yolverilməz olduğu ilə bağlı xəbərdarlıqlarını bildiriblər.

Eyni zamanda nəqliyyatın hərəkət sıxlığı nəzərə alınaraq piyadalara da yolu keçərkən təhlükəsizlik qaydalarına riayət etmələri, piyada keçidlərindən istifadə etmələri tövsiyə olunub. Təşkil edilən təhlükəsizlik tədbirləri sayəsində heç bir yol nəqliyyat hadisəsi baş verməsə də, edilən xəbərdarlıqlara rəğmən yenə də sürücülük hüququ olmadığı hallarda avtomobil idarə edən məzunlara, təhlükəli manevrlər edən sürücülərə rast gəlinib. Bununla yanaşı son zənglə bağlı şagirdlərin gəzintisi üçün nəzərdə tutulmuş bəzi mikroavtobuslarda sərnişindaşıma qaydalarının pozulması hallarına da rast gəlinib. Görülən müvafiq tədbirlərlə yanaşı dövlət yol polisi əməkdaşları valideynlərə bir daha müraciət edir ki, istər “Son zəng” tədbirləri zamanı, istərsə də sonrakı günlərdə avtomobillərin azyaşlılara etibar edilməsi qəti şəkildə yolverilməzdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh