Avtosfer.az | Reklam
Yeni sürücülük vəsiqələri belə verilir? - FOTO
Yol polisi 15 Iyun 2019 10:44 5358 dəfə oxunub
Yeni sürücülük vəsiqələri belə verilir? - FOTO
Yol polisləri onu rahatlıqla görə bilir

Artıq bir neçə aydır ki, sürücülər yeni sürücülük vəsiqəsini arayış formasında alır. Bu barədə Avtosfer.az-a oxucular müraciət edib. Belə ki, ASAN xidmətdə vəsiqəsini dəyişmək istəyə sürücüyə A4 kağızında arayış təqdim ediblər. Səbəb isə yeni sürücülük vəsiqələrinin kağızının qurtarmasıdır. Yeni vəsiqələrin isə blankı hələ olmadığı üçün vətəndaşlar bu arayışdan istifadə edirlər.

Ümumilikdə bunun hər hansı problemi yoxdur. Çünki sürücülük vəsiqəsi sistemdə var. Yol polisləri onu rahatlıqla görə bilir. Sadəcə kağız daşıyıcıda yoxdur.

Burda vətəndaşların şikayət etdiyi sadəcə bir məqam Notarial kontorları tərəfindən bu arayışla 1 il müddətinə sürmək üçün etibarnamə verilir. Bu isə sürücülərin haqlı narazılığına səbəb olur. Çünki sürücülük vəsiqəsi sistemdə olsa da Notarial kontorlar sistemi “görə bilmir.”

DYP isə vəsiqələrin bir aya gələcəyini desə də artıq 3 aya yaxın müddət keçib.

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh