Polis yaşlı kişini xilas edən şəxsi ”Qəhraman” elan etdi - VİDEO

Avtosfer TV 15 İyun 2019 12:17 Oxunub 1825
Polis yaşlı kişini xilas edən şəxsi ”Qəhraman” elan etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşlı kişini qatarın altında qalmaqdan son anda xilas edilidi

Çexiyada bir şəxs yaşlı kişini qatarın altında qalmaqdan son anda xilas edib.

Avtosfer.az xəbər verir ki, insident Plzen əyalətinin Kostelec rayonunda qeydə alınıb.

Baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə, yaşlı kişi motosikleti ilə dəmir yolundan keçmək istəyərkən yolun bağlandığını görməyərək şlaqbauma çırpılaraq relslərin üzərinə düşdüyü görülür.

Bu arda dayanacaqda gözləyən 32 yaşlarında olan bir şəxs qatarın gəldiyini görür və qaçaraq əvvəlcə kişini sonrada motosikleti relslərin üzərindən sürüyərək kənara çəkir.

Çexiya polisi rəsmi portalında yaşlı kişinin həyatını xilas edən şəxsi ”Qəhraman” elan edib.

Avtosfer.az DHA-ya istinadən həmin videonu təqdim edir:

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh