Turistlərin mikroavtobusu minik avtomobili ilə toqquşdu: 4 uşaq, 11 yaralı - FOTO
Qəzalar 15 Iyun 2019 16:30 377 dəfə oxunub
Turistlərin mikroavtobusu minik avtomobili ilə toqquşdu: 4 uşaq, 11 yaralı - FOTO
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Antalya vilayətində turistlərin olduğu mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 4-ü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 15-i Qumluca-Antalya magistral yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, qəzada yaralanan 7-si özbəkistan və rusiya vətəndaşıdır.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh