“YK-52” təyyarəsi çaya düşdü: ölən var - VİDEO

Qəzalar 15 İyun 2019 16:55 Oxunub 1083
“YK-52” təyyarəsi çaya düşdü: ölən var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə Dövlət Aviasiya Tədqiqat Komissiyasının nümayəndələri gəliblər

Polşada aviaşou zamanı yüngül mühərrikli təyyarənin çaya düşməsi nəticəsində 1 nəfər ölüb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Polçke əyalətində qeydə alınıb. Bu barədə yerli xilasetmə xidmətinin rəsmisi Edvard Mister jurnalistlərə açıqlamasında deyib. Edvard Mister bildirib ki, “YK-52” təyyarəsi havda akrobatik hərəkətlər edən zaman idarəetmədən çıxaraq suya düşüb. Onun məlumatına görə, xilasedicilər təyyarənin qalıqlarını və 60 yaşlı almaniya vətandaşı olan pilotun meyitini sudan çıxarmağa nail olublar. Hadisə yerinə Dövlət Aviasiya Tədqiqat Komissiyasının nümayəndələri gəliblər.

Aviaşou qəzadan sonra dayandırılıb.

Qeyd edək ki, təxminən 8 il bundan qabaq da bu yerdə belə bir qəza baş verib. O vaxt isə polşalı pilot hətaını itirmişdi.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh