Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO
Gündəm 15 Iyun 2019 17:05 697 dəfə oxunub
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO
Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib

İyunun 15-də DİN-in Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verlən məlumata görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə daha sonra Ulu Öndərin zəngin həyat yolu və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ulu öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin son 50 illik tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edən akademiyanın rəisi dahi rəhbərin bütün həyatını xalqının xilasına, tərəqqisinə və xoşbəxtliyinə həsr etdiyini bildirib.

O, qeyd edib ki, 1993-cü ilin yayında Azərbaycan parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda ulu öndərin ali hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi. Məmnunluqla vurğulanıb ki, ölkəmizin Milli Qurtuluş Günündən başlayan sürətli inkişaf yolu bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev müstəqilliyin formal olaraq bəyan edilməsindən sonra ölkəmizdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlərin yarandığını, xüsusən 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün hakimiyyəti silahlı yolla qəsb etməsindən sonra sonuncuların siyasi səriştəsizliyi, qətiyyətsizliyi nəticəsində Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yarandığını, bunun xaosa, etnik separatizmə, vətəndaş qarşıdurmasına gətirib çıxardığını xatırladaraq həmin dövrü xarakterizə edən, özünün də şahidi olduğu bir sıra neqativ faktlar, mənfi tendensiyalar barədə iştirakçılarla təəssüratlarını bölüşüb. O, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, əmin-amanlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldığını, ictimai-siyasi stabitlliyin bərqərar olduğunu xüsusi vurğulayıb.

Daha sonra çıxış edənlər ulu öndərin siyasətini uğurla həyata keçirən, onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın davamlı inkişafı üçün həyata keçirdiyi böyük quruculuq işlərindən söz açıblar, möhtərəm dövlət başçımızın möhtəşəm fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyini qeyd ediblər.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh