İki avtobus və dörd avtomobil qəzaya düşdü: xəsarət alanlar var - VİDEO

Avtosfer TV 15 İyun 2019 18:15 Oxunub 1486
İki avtobus və dörd avtomobil qəzaya düşdü: xəsarət alanlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb

İstanbulda iki avtobusun və dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident iyunun 15-i yerli saatla 15.00-da Umraniyə rayonu, Aləmdağ küçəsində qeydə alınıb.

Qəza anı təhlükəsizlik kameralarına düşüb.

Kadrlarda, qəza törədən nəqliyyat vasitələri piyadaların hərəkət edtiyi səkiyə doğru sürükləndiyi görülür.

Bu arada səkidə uşaq kolyaskası ilə irəliləyən qadın maşınların altında qalmaqdan son anda xilas olur.

Hadisə nəticəsində səkidə hərəkət edən digər piyadalar da təşvişə düşürbər.

Ətrafdakı insanların xəbər verməsi ilə qəza yerinə xeyli sayda səhiyyə və polis briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh