Yevlaxda iki maşın toqquşdu: 3 nəfər yaralanıb

Gündəm 16 İyun 2019 08:46 Oxunub 631
Yevlaxda iki maşın toqquşdu: 3 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qoyunbinəsi kənd yolunda "VAZ" və "QAZel" markalı maşın toqquşub. Nəticədə 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh