Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO
Gündəm 16 Iyun 2019 16:58 203 dəfə oxunub
Bərdədə ev avtomobillə birlikdə yanıb - FOTO
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda baş verən yanğın hadisəsində fərdi yaşayış evi və minik avtomobili yanaraq kül olub. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə Əmirli kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Abuzər Əli oğlu Hüseynova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Dördotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. A.Hüseynov bildirib ki, hadisə zamanı mənzildə olan 6500 manat pul və qızıl-zinət əşyaları da yanıb. Habelə "VAZ-21015 markalı minik avtomobili də yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh