Yaylağa gedən yük maşını uçurumdan yuvarlandı: 1 ölü, 8 yaralı - FOTO

Qəzalar 16 İyun 2019 18:05 Oxunub 1528
Yaylağa gedən yük maşını uçurumdan yuvarlandı: 1 ölü, 8 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Artvin vilayətində yük maşınının uçuruma yuvarlanması nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Şavşat-Ardanuç avtomobili yolunun Varyant rayonu keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bilbilan yaylağına köçən yerli sakinləri daşıyan yük maşınının əyləcində nasazlıq yaranıb  və idarəetmədən çıxaraq 250 metrəlik hündürlükdən uçuruma yuvarlanıb.

Qəzada 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh