Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO

Maraqlı 17 İyun 2019 13:18 Oxunub 1116
Suriyada “gecə ovçusu” sınaqdan keçirildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gecə ovçusu", həmçinin uçuş zamanı mühərrikin işini tənzimləyən müasir sistemlə təchiz olunub

Suriyada Rusiya istehsalı olan "Mi-28HM" döyüş helikopterlərinin uğurlu sınağı keçirilib.

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu modeldən olan helikopter dağ şəraitində və çöl-səhra landşaftlarında hərbi tapşırıqların öhdəsindən layiqincə gəlib.

"Mi-28HM" desant, motoatıcı, tank qoşunlarına və kəşfiyyat dəstələrinə havadan dəstək göstərə bilir.

Helikopterin əsas üstünlüyü "N025E" radiolokasiya stansiyasıdır. Radar vintin altında yerləşir. Bu, helikopterin dairəvi kəşfiyyat aparmasına, yaxın çevrədə olan ərazinin radiolokasiya təsvirini əldə etməyə imkan verir.

"Gecə ovçusu", həmçinin uçuş zamanı mühərrikin işini tənzimləyən müasir sistemlə təchiz olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh