Yol hərəkəti qaydalarına dəyişiklik ediləcək

Yeniliklər 18 İyun 2019 09:27 Oxunub 1532
Yol hərəkəti qaydalarına dəyişiklik ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanıb-sönən yaşıl işıq qəzaların sayının artmasına gətirib çıxarır

Litvada yol hərəkəti qaydalarında dəyişiklik olacaq. Ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyi işıqforun yaşıl işığında yanıb-sönmə funksiyasının ləğv ediləcəyini bildirib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb ölkədə yol nəqliyyat hadisələrinin sayının artmasıdır. Mütəxəssislər hesab edir ki, yanıb-sönən yaşıl işıq qəzaların sayının artmasına gətirib çıxarır. Yeni qaydalara əsasən, yaşıl işıqdan dərhal sonra hərəkəti qadağan edən sarı və qırmızı işıqlar yanacaq. İşıqforlarda yaşıl işığın yanıb-sönmə funksiyası artıq bir çox Avropa ölkələrində qadağan edilib. Hesab olunur ki, bu, sürücünün fikrini dağıdır və xüsusən, böyük yol kəsişmələrində qəzalara səbəb olur. Litvada ötən il rekord sayda az yol nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 170 nəfər həyatını itirib. Əsas səbəb kimi, piyadaların diqqətsizliyi göstərilib. Litvalılar isə yeni qaydalarında tətbiqindən narazıdırlar. Onların bir çoxu hesab edir ki, ölkədə həddindən artıq çox dəyişikliklər tətbiq edilir və onlar heç də həmişə uğurlu olmur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh