Maşının əvvəlki sahibinin borcu var, yeni sahibi sata bilmir: Necə həll olunmalıdır?

Xəbərlər 18 İyun 2019 13:07 Oxunub 1657
Maşının əvvəlki sahibinin borcu var, yeni sahibi sata bilmir: Necə həll olunmalıdır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert: "Məsələ vətəndaşın xeyrinə həll olunmalıdır"

Vətəndaş Ülvi Şükürov Avtosfer.az-a müraciət edərək qarşılaşdığı problemi bildirib. Şikayətçi deyir ki, 2016-cı ildə "VAZ 2107" markalı avtomobil alaraq öz adına sənədləşdirib. 3 il sonra avtomobili qardaşına satarkən yol polisi 2013-cü ildə avtomobilin 450 manat miqdarında cəriməsi olduğu üçün sənədləşdirmə aparılmayacağını deyib. "Mən avtomobili 2016-cı ildə almışam. Cərimələr isə mən almamışdan 3 il əvvəl olub. O zaman da adıma sənədləşdirib yeni qeydiyyat şəhadətnaməsi almışam. İndi isə cərimə olduğunu deyərək ya onu ödəməyimi, ya da təkrar qeydiyyat edə bilməyəcəyimi deyirlər. Burada mənim nə günahim var? Əgər cərimə var idisə niyə 2016-cı ildə bu ortaya çıxmayıb və maşın mənim adıma keçirilib?".

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu məsələdə vətəndaş tam olaraq haqlıdır. "İnzibati xəta vətəndaş avtomobili almamışdan əvvəl törədilib. Təbii ki, xətanı törədən şəxs də bəllidir. Odur ki, bu yerdə yol polisi həmin şəxsi tapıb cəriməni tələb etməlidir. Avtomobilin yeni sahibi isə burada heç bir məsuliyyət daşımır. Çünki maşın onun mülküdür. Digər tərəfdən, inzibati xətanı törədən avtomobil deyil, şəxsdir. Cərimə də onun adına yazılıb və həmin şəxsin sürücülük vəsiqəsinə vurulub. Belə halda vətəndaşı incitmək olmaz".

Ekspert hesab edir ki, avtomobil yeni sahibinə satılan zaman bu tələb edilməli idi. "Həmin vaxt hansı problem baş verib, niyə aşkara çıxmayıb, bu artıq yol polisinin işidir. Odur ki, məsələ vətəndaşın xeyrinə həll olunmalıdır".

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh