"Ferrari" Sebastyan Fettellə bağlı qərara yenidən baxılmasını xahiş edib

Yarışma 18 İyun 2019 11:45 Oxunub 1359
"Ferrari" Sebastyan Fettellə bağlı qərara yenidən baxılmasını xahiş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışdan sonra Fettel qərara qəzəbli reaksiya verib

"Formula 1"də təmsil olunan "Ferrari" komandası pilot Sebastyan Fettelə Kanada Qran-prisində verilmiş cəriməyə yenidən baxılmasını xahiş edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, komanda cəzanın ləğvinə qaydalara uyğun nail ola bilməsə də, yeni sübutlar təqdim etməklə sanksiyalara yenidən baxılmasını tələb etmək hüququndan yararlanıb.

Qran-pri zamanı Fettel səhvən trasdan kənara çıxıb. O, geri qayıtdığı vaxt "Mercedes" pilotu Lüis Hemiltonu bloklayaraq, liderliyini qoruyub. Lakin stüardlar buna görə, almaniyalı pilotu 5 saniyə cəriməyə məruz qoyublar. Nəticədə o, Qran-pridə ikinci yerə enib.

Yarışdan sonra Fettel qərara qəzəbli reaksiya verib. Qələbəsinin oğurlandığını deyən Fettel mükafatlandırma mərasiminə yalnız Hemiltona üçüncü yeri tutan komanda yoldaşı Şarl Leklerə hörmət əlaməti kimi çıxdığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh