"Ayıq sürücü" piyadanı vurdu - Məsuliyyəti kim daşıyır? - VİDEO

Yazarlar 18 İyun 2019 13:13 Oxunub 1771
"Ayıq sürücü" piyadanı vurdu - Məsuliyyəti kim daşıyır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna görə məsuliyyəti ''ayıq sürücü'' daşıyır

''Ayıq sürücü'' müştəriyə məxsus avtomobillə piyadanı vurub. Hadisə gecə saatlarında paytaxtın Nizami rayonu metronun ''Koroğlu'' stansiyası yaxınlığında baş verib. 99-NA-665 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ''ayıq sürücü'' xidmətinə zəng vuraraq sürücü sifariş edib. Ünvana Elnur adlı bir sürücü gəlib və o, spirtli içkinin təsiri altında olan şəxsi ünvanına apararkən yolda təyin olunmayan yerdən keçən 25 yaşlı Nicat adlı şəxsi vurub.

Ərazidə xidmət aparan yol pols əməkdaşlarının köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti hələki ağırdır. Faktla bağlı Nizami rayon polis idarəsində araşdırma aparılır...

Bəs görəsən belə halda avtomobilsahibi hər hansı bir məsuliyyətdaşıyırmı ?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xidmətin çox yaxşı, faydalı, effektiv olmasına baxmayaraq, onun təşkili ilə bağlı vəziyyət heç də ürək açan deyil. Ekspertin sözlərinə görə, ''ayıq sürücü''lər peşəkar sürücülərdən ibarət olmalıdır. Onlar yük maşınından tutmuş, motosikletə qədər hər bir nəqliyyat növünü idarə etməyi bacarmalıdırlar. O ki qaldı hadisəyə, buna görə məsuliyyəti ''ayıq sürücü'' daşıyır.

Ekspert Elməddin Muradlı təklif edir ki, ''ayıq sürücü'' xidməti göstərən şirkətlər müştəri ilə müqavilə bağlamalıdır. Sürücü qaynar xəttə zəng vurub ''ayıq sürücü'' sifariş edərkən ad, soyad, avtomobilinin nömrəsi və gedəcəyi ünvanı bildirdikdən sonra həmin şirkət ona ya ''ayıq sürücü''nün özü ilə, ya da mesajla müqavilə göndərilməlidir. Belə olduqda yolda hər hansı bir xoşagəlməz hadisə baş verərsə sürücünün qanuni şəkildə əlində sənədi olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh