Avtomobil 3 ağaca çırpıldı: sürücü qapıdan asılı qaldı - FOTO

Avtosfer Foto 18 İyun 2019 15:15 Oxunub 1472
Avtomobil 3 ağaca çırpıldı: sürücü qapıdan asılı qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə təhlükəsizlik kəməri sayəsində sağ qalaraq xəsarət alıb

Türkiyənin Konya vilayətində minik avtomobilinin ağaca çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 17-si gecə saatlarında Səlcuklu rayonun Xoruzluxan məhəlləsində qeydə alınıb. Məlumata görə, Hikmət Özkanın idarəetməsində olan 42 DFE 01 dövlət qeydiyyat nişanlı idarəetmədən çıxaraq yol kənarında yerləşən 3 ağacla toqquşub.

Qəzanın şiddətindən sürücü avtomobilin qapısından çıxaraq asılı qalıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişin isə təhlükəsizlik kəməri sayəsində sağ qalaraq xəsarət alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh