Toy karvanında “şou” zamanı qəza: sürücü havada uçaraq yerə çırpıldı - VİDEO

Avtosfer TV 18 İyun 2019 18:26 Oxunub 3198
Toy karvanında “şou” zamanı qəza: sürücü havada uçaraq yerə çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb

Toy karvanında “şou” göstərən minik avtomobilinin sürücüsü motosikletlini vuraraq öldürüb.

Avtosfer.az xəbər verir ki, insident Suriyanın Azez bölgəsində qeydə alınıb.

Hadisənin kadrlarını toyun çəkilişi zamanı kamera tərəfindən qeydə alınıb.

Görüntülərdə, toy karvanında bir neçə avtomobilin hərəkət etdiyi görülür. Avtomobillərdən biri “şou” göstərmək üçün karvandan kənara çıxır. Kənarda irəliləyən sürücü anidən qarşısına çıxan avtomobili vurmamaq üçün manevr edir və yola “protiv” girən motosikletliyə çırpılır.

Qəzanın şiddətindən motosiklet sürücüsü havada uçaraq avtomobilin şüşəsinə dəyərək yerə düşür. Motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtosfer.az İHA-ya istinadən baş verən hadisənin videosunu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh