Mixael Şumaxerin çempion olduğu "Ferrari" avtomobili hərraca çıxarılacaq

Yarışma 18 İyun 2019 16:16 Oxunub 1939
Mixael Şumaxerin çempion olduğu "Ferrari" avtomobili hərraca çıxarılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac noyabrın 30-da "Formula 1" uik-endi zamanı baş tutacaq

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin çempion olduğu bolid Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki hərracda satışa çıxarılacaq. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bolid "Sotheby" hərracında təqdim olunacaq. Bu, almaniyalı pilotun San-Marino, Avstriya və Fransa Qran-Prilərini qazandığı "Ferrari" F2002 bolididir. Məhz sonuncu Qran-pri Şumaxerə 5-ci titulu qazandırıb.  Hərrac noyabrın 30-da "Formula 1" uik-endi zamanı baş tutacaq. 2002 "Ferrari" bolidi ilə yanaşı, avtomobilin ehtiyat hissələri də satışa çıxarılacaq.

Ödənişlərin bir hissəsi Mixael Şumaxerin fonduna göndəriləcək. Bu fond Şumaxer ailəsi tərəfindən məşhur pilotun hazırkı durumuna bənzər situasiyalarla üzləşən insanları birləşdirmək üçün yaradılıb. "Sotheby" nümayəndələri "Formula 1"lə tərəfdaşlıq şəraitində ilk dəfə belə bir hərrac təşkil edəcəklərini vurğulayıblar. Tərəflər auksiondan sonra da əməkdaşlığı davam etdirməyi planlaşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh