Avropa İttifaqı xaricilər üçün yolları ödənişli etməsinə razı deyil

Yeniliklər 18 İyun 2019 21:05 Oxunub 1641
Avropa İttifaqı xaricilər üçün yolları ödənişli etməsinə razı deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni nəqliyyat vergisi 2020-ci ildən qüvvəyə minməlidir

Almaniyanın öz ərazisində xarici ölkə sürücüləri üçün yolları ödənişli etməsi planlarını Avropa normalarına zidd adlandırıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Avropa Ədliyyə Məhkəməsinin qərarında deyilir. “Almaniyalı avtomobil sürücülərinin belə bir vergidən azad olduğunu nəzərə alsaq, bu qərar Avropa İttifaqı vətəndaşlarının milli əlamətlərə görə diskriminasiyaya məruz qalması anlamına gəlir və Avropanın azad yerdəyişmə prinsipinə ziddir”, - deyə sənəddə bildirilir. Məhkəmə, eyni zamanda, belə ödənişin tətbiq olunması imkanlarını mümkün sayır. Avropa Ədliyyə Məhkəməsinin mövqeyinə görə, Almaniya xarici ölkə vətəndaşları kimi, almanların da öz avtomobil yollarından istifadəsinə görə analoji məbləğ ödəməsinə təminat verəcəyi balans qursa, bu sistemin tətbiqi Avropa normalarına tam uyğun olar. Almaniyada xarici vətəndaşlar üçün yeni nəqliyyat vergisi 2020-ci ildən qüvvəyə minməlidir. Almaniyanın qonşuları Avstriya və Niderland aktiv şəkildə bu verginin hazırkı formasına qarşı çıxır. Qeyd edək ki, avtomobil yollarında hərəkətə görə xarici ölkə vətəndaşları üçün analoji vergi Avropa İttifaqının üzvü olmayan İsveçrədə də tətbiq edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh