“Hummer”in elektromobili buraxılacaq

Avtoxəbər 18 İyun 2019 21:14 Oxunub 3125
“Hummer”in elektromobili buraxılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2023-cü ilə kimi şirkət 20 müxtəlif elektromobil buraxmağı planlaşdırır

ABŞ-ın “General Motors” avtokonserni əfsanəvi brendini – “Hummer”i dirçəltməyi, bu brend altında elektromobillər istehsal etməyi planlaşdırır. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Hazırda “GM” elektrikli yolsuzluq avtomobilləri və pikapların siyahısına hansı modellərin daxil ediləcəyini götür-qoy edir. Bundan başqa, avtokonsert “Chevrolet Suburban”, “Cadillac Escalade”, “GMC Sierra” və “Yukon” kimi populyar modellərin elektriklə işləyən variantlarının buraxılması perspektivini nəzərdən keçirir. 2023-cü ilə kimi şirkət 20 müxtəlif elektromobil buraxmağı planlaşdırır. Əvvəl minik maşınları, orta və kiçik krossoverlər, ardınca isə “yaşıl” yolsuzluq elektromobillərinin istehsalı nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh