“Mercedes”də qanunsuz mallar aşkarlandı - FOTO

Gündəm 19 İyun 2019 13:45 Oxunub 827
“Mercedes”də qanunsuz mallar aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes-Benz 220 CDI” markalı avtomobilə gömrük baxışı keçirilib.

DGK-dan Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh