“Ekologiya postu”nda 19 sürücü saxlanıldı - Vacib söhbət - VİDEO

Yol polisi 19 İyun 2019 14:41 Oxunub 6394
“Ekologiya postu”nda 19 sürücü saxlanıldı - Vacib söhbət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekoloji tələbləri pozan sürücülərə hüquq və vəzifələri, eləcə də qaydalar izah olunub

Son vaxtlar yollarda ekoloji cəhətdən tələbləri pozan və qara tüstü buraxan nəqliyyat vasitələrinə rast gəlinir. Həmin avtomobillərin sürücüləri əksər hallarda yanacağın keyfiyyətinin aşağı olmasından şikayət etsələr də, bu zaman məntiqli bir sual ortaya çıxır; bəs digər avtomobillərdən niyə bu cür tüstü çıxmır? Deməli, sürücülər “Yol hərəkəti haqqında” qanuna əsasən, nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq öhdəliyini tam yerinə yetirmirlər. Xüsusən, bu cür hallar dizel mühərrikli avtobillərdə daha çox müşahidə olunur. DYP belə hallara qarşı mütəmadi olaraq mubarizə aparsa da, hələ də bir cür nəqliyyat vasitələri yollarımızda müşahidə edilməkdədir.
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət YPX bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Avtosfer.az-a bildirib ki, bölüyün əməkdaşları bu cür avtomobillərə qarşı ciddi nəzarət həyata keçirirlər. Aşkar olunan sürücülərin əksəriyyəti ilə maarifləndirici söhbətlər aparılır, onların avtomobili ilə bağlı qeydlər götürülür və sürücülərə xəbərdarlıq olunur. Xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, sürücü həmin problemi həll etməsə növbəti dəfə saxlandığı zaman barəsində inzibati qaydada protokol tərtib olunacaq. Bölük komandiri qeyd edib ki, bu cür hallar sürücülərin avtomobilə texniki qulluq göstərməməsi ucbatından baş verir: “Bəzən sürücülər bunu müxtəlif səbəblərlə izah etməyə çalışsalar da, avtomobil ustaları bunun həlli yolunun olduğunu deyirlər. Sadəcə olaraq sürücülər öz məsuliyyətini dərk edib avtomobili saz vəziyyətdə saxlamaqdan yayınırlar. Onlar düşünmürlər ki, idarə etdiyi nəqliyyat vasitələrinin ətraf mühitə vurduğu zərər həm onların özünə, həm də yaxınlarına təsir göstərir.
Mən sürücülərə bir daha tövsiyə edirəm ki, bu cür avtomobillərə yola çıxmasınlar. Avtomobili saz vəziyyətdə saxlasınlar, tövsiyəmizi nəzərə alaraq özlərinə, ətraf mühitə və digər insanlara zərər vurmasınlar. Nəzərə almaq lazımdır ki, avtomobili saz vəziyyətdə saxlamaq qanunla sürücünün birbaşa borcudur. Bu baxımdan düşünürük ki, belə nəqliyyat vasitələrinin sayı az olsa da, qarşısı alınmalıdır. Bir daha sürücülərin diqqətinə çatdırıram ki, bu cür maşınları təmir etdirib sonra yola çıxsınlar. Çünki növbəti dəfə həmin maşınlar tərəfimizdən aşkarlandıqda inzibati tənbeh tədbiri seçiləcək”.
Avtosfer az-ın əməkdaşları yol polisi ilə birgə bu gün Ekoloji nəzarət bölüyünün ərazisində sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Tədbir  zamanı aşkar olunan 17 nəqliyyat vasitəsinin sürücüsünə xəbərdarlıq olunub, YPX əməkdaşları tərəfindən onlara hüquq və vəzifələri izah olunub. 2 nəfər barəsində isə protokol tərdib edilib.
Bəzi sürücülər yenə də bunun səbəbini yanacağın keyfiyyəti ilə əlaqələndirməyə çalışsalar da DYP əməkdaşları onların diqqətinə çatdırıb ki, bu cür nəqliyyat vasitələrinin təmiri mümkündür. Sadəcə normal avtoservislərə müraciət etmək lazımdır.
Qeyd edək ki, tədbir zamanı aşkar olunan nəqliyyat vasitələrində zəhərli qazların miqdarı 11 faizədək olub. Hansı ki, norma maksimum 2,5-3 faizə qədər olmalıdır.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh