Neftçala sakinini güllələyən şəxs saxlanılıb

Gündəm 19 İyun 2019 15:51 Oxunub 827
Neftçala sakinini güllələyən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) Neftçala rayonunun Astanlı kəndi ərazisində baş verən güllələnmə ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh