Türkiyə və Gürcüstan BTQ üzrə yük daşımalarının artırılması barədə razılıq əldə edib

Gündəm 19 İyun 2019 19:33 Oxunub 650
Türkiyə və Gürcüstan BTQ üzrə yük daşımalarının artırılması barədə razılıq əldə edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Memorandum iyunun 17-də Ankarada imzalanıb

Türkiyə və Gürcüstan dəmir yolu ilə yük daşımalarını ildə 500 min tona çatdırmaq niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "TCDD Taşımacılık AŞ" (Türkiyə dövlət dəmir yolu operatorunun törəmə şirkəti) və Gürcüstanın "Logistika və Terminallar" ("Gürcüstan Dəmir Yolları" SC-nin törəmə şirkəti) arasında imzalanmış əməkdaşlıq memorandumunda qeyd olunub. TCDD-nin Mətbuat xidmətinin məlumatına görə, memorandum Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin inkişaf etdirilməsi məqsədilə iyunun 17-də Ankarada imzalanıb.

Xatırladaq ki, 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilib. İlkin mərhələdə bu marşrut üzrə yük daşımalarının həcmi 6,5 milyon ton yük səviyyəsində olacaq, eləcə də bir milyona yaxın sərnişin daşınacaq. BTQ Çindən gələn malların Avropaya çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh