Avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb - Cəlilabadda

Gündəm 19 İyun 2019 19:46 Oxunub 715
Avtomobildən 3 kiloqramdan artıq narkotik tapılıb - Cəlilabadda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirilib ki, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi 3 kiloqram 150 qram narkotik vasitə - heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh