Beş gün əvvəl Xırdalanda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib

Gündəm 19 İyun 2019 19:10 Oxunub 931
Beş gün əvvəl Xırdalanda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərhumun meyiti yaxınlarına təhvil verilib

Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, ölən qadının yaxınları Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə müraciət ediblər. Ölən şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü Vəliyeva Nuray Ruhlan qızı olduğu məlum olub.  Mərhumun meyiti yaxınlarına təhvil verilib.

Qeyd edək ki, yol qəzasında ölən N.Vəliyevanın meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq onun yaxınları tapılmamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh