Yoldan keçənləri pəncərədən güllələyən şəxs tutuldu

Gündəm 19 İyun 2019 19:57 Oxunub 678
Yoldan keçənləri pəncərədən güllələyən şəxs tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda ona qarşı cinayət işi açılıb

Moskvada pəncərədən insanları güllələyən 28 yaşlı şəxs tutulub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mənzilinin pəncərəsindən yoldan keçənlərə atəş açan şəxs biri kişi, digəri qadın olmaqla 2 nəfəri yaralayıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Cinayəti törədən şəxs silahı daha sonra Moskvaətrafında suya atsa da, dalğıclar onu tapıb çıxarıb. Məlum olub ki, həmin adam insanlara ov silahından pnevmatik güllələrlə atəş açıb.

Hazırda ona qarşı Rusiya Cinayət Məcəlləsinin 111-ci (Qəsdən sağlamlığa ziyan vurma) maddəsi üzrə cinayət işi açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh