Dəmir yolunda qalan avtomobillə toqquşan qatar relsdən çıxıb

Qəzalar 19 İyun 2019 20:07 Oxunub 809
Dəmir yolunda qalan avtomobillə toqquşan qatar relsdən çıxıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10 vaqondan ibarət qatarın yalnız birinci vaqonu xətdən çıxıb

İyunun 19-da Tokio yaxınlığında dəmir yolunda qalan avtomobillə toqquşan qatar relsdən çıxıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Qəzanın baş verdiyi Odavara xəttinin operatoru olan “Odakyu Electric Railway Co.” şirkətinin bildirdiyinə görə, 10 vaqondan ibarət qatarın yalnız birinci vaqonu xətdən çıxıb. Avtomobil dirək bağlandıqdan sonra dəmir yolu kəsişməsində qalıb. Təqribən 20 yaşlarında olan sürücü qadın qaçaraq qəza düyməsini bassa da, maşinist qatarı vaxtında saxlaya bilməyib. Odavara xətti ilə hərəkət edən qatarın “Şincuku” stansiyasından “Tokio” stansiyasına getdiyi bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh