Avtomobil qaçıran keçmiş məhkum yaxalanıb

Gündəm 19 İyun 2019 20:15 Oxunub 616
Avtomobil qaçıran keçmiş məhkum yaxalanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İyunun 18-nə keçən gecə Nərimanov rayonunun A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh