Ufoloqlardan həyəcan təbili - Nibiru planeti hücuma keçir

Maraqlı 19 İyun 2019 20:27 Oxunub 1325
Ufoloqlardan həyəcan təbili - Nibiru planeti hücuma keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toqquşma planetimizin orbitdən çıxması ilə nəticələnə bilər

İks planeti yenə Yerə təhdid yaradıb. Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, bəzi alimlərin fikrinə əsasən, Nibirudan ayrılan iki peyk artıq Yerə doğru istiqamət alıb. Konspiroloqların fikrinə əsasən, faciənin önünə keçmək mümkün olmayacaq. Səma cisimləri planetimiz boydadır. Bu barədə bir neçə gün əvvəl məlumat üzə çıxıb. Ufoloqlar Nibiruda iki dəlik aşkar ediblər. Onların fikrinə görə, planetin iki peyki ayrılaraq Yerə doğru gəlir. Toqquşma planetimizin orbitdən çıxması ilə nəticələnə bilər və bu da bəşəriyyət üçün əsl faciəyə çevriləcək.

Amma biz də kosmik elmlərlə az-maz maraqlandığımız üçün deyirik ki, heç bir hadisə olan deyil. Çünki ufoloqlar və bəzi alimlər artıq bir neçə dəfədir ki, cəmiyyəti Nibiru ilə qorxudurlar, Qiyamət günü barədə məlumat yayırlar. Amma hələ də qorxulu heç bir hadisə baş verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh