Qeyri-adi hadisə: eyni anda sürücünü həm DYP, həm də BNA cərimələdi - FOTO

Avtosfer Foto 19 İyun 2019 21:43 Oxunub 2662
Qeyri-adi hadisə: eyni anda sürücünü həm DYP, həm də BNA cərimələdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA protokolu ləğv edib

Sosial şəbəkələrdə Fərhad Həmidov adlı şəxs maraqlı bir foto paylaşıb. Avtosfer.az xəbər verir ki, sürücünün idarə etdiyi 90 VH 486 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilini bir neçə gün əvvəl yol polisi saxlayıb və barəsində protokol tərtib edib. Bir neçə saat sonra isə sürücüyə Bakı Nəqliyyat Agentliyindən mesaj göndərilib. Məlum olub ki, yol polisi onu dayanma-durma qadağan edilmiş ərazidə saxladığı üçün BNA da sürücü barəsində 20 manat məbləğində cərimə tətbiq edib. Sürücünün sosial şəbəkələrdə paylaşdığı bu fotoya BNA dərhal reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, BNA məsələni araşdırıb və sürücünün xeyrinə qərar çıxarıb. Eyni zamanda Mais Ağayev onu da xatırladıb ki, yol-patrul xidməti haqqında təlimata görə, YPX əməkdaşı sürücünü dayanma-durma qadağan edilmiş yerdə saxlamamalıdır.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh