Sabah Azərbaycanda yay fəsli başlayacaq

Gündəm 20 İyun 2019 07:57 Oxunub 707
Sabah Azərbaycanda yay fəsli başlayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq

Sabah Azərbaycanda yay fəsli başlayacaq. Avtosfer.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq. Sabah yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh