Mərakeş sahillərində qayıq batdı: 22 ölü

Gündəm 20 İyun 2019 11:55 Oxunub 545
Mərakeş sahillərində qayıq batdı: 22 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayığın göyərtəsində 49 mühacir olub

Alboran dənizinin Mərakeş sahillərində qayığın batması nəticəsində 22 nəfər ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qayıqdakı mühacirlər Mərakeşdən İspaniyaya gedirmişlər.  Mərakeşin Alhucemas şəhəri sahillərindən yola düşən qayığın göyərtəsində 49 mühacir olub. Onların 27-si Nador-Motril istiqamətində səfər edən kater tərəfindən sağ xilas edilib. Həmin mühacirlərdən 6-nın səhhəti pisləşdiyi üçün Almera şəhərindəki xəstəxanaya aparılıb, qalanları isə katerlə Motril limanına çatdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh