Bakıda qanlı hesablaşma - Kişini maşından düşürüb belə bıçaqladılar - VİDEO

Gündəm 20 İyun 2019 13:15 Oxunub 3814
Bakıda qanlı hesablaşma - Kişini maşından düşürüb belə bıçaqladılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının qabağını kəsərək yerə düşürüb döydülər

Bakıda baş verən qanlı hadisənin görüntüləri yayılıb. 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yolda hərəkət zamanı “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı avtomobildə olan Masallı rayon sakinləri Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb. Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.
Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.
Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

(baku ws)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh