Avtomobildən qanunsuz siqaretlər aşkarlanıb

Gündəm 20 İyun 2019 13:29 Oxunub 649
Avtomobildən qanunsuz siqaretlər aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 2101" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində 3000 ədəd "King" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh