Mikroavtobus “Jeep”ə çırpıldı: 1-i ağır, 13 yaralı - FOTO

Avtosfer Foto 20 İyun 2019 14:29 Oxunub 1440
Mikroavtobus “Jeep”ə çırpıldı: 1-i ağır, 13 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb

Türkiyənin Çorum vilayətində mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Çorum-İskilip magistral yolunun 15-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, 19 M 0341 dövlət qeydiyyat nişanlı “FORD” markalı sərnişin mikroavtobusu “Jeep” markalı minik avtomobilinə sərnişinlərin olduğu yan hissədən çırpılıb.

Ətrafdakı sürücülərin xəbər verməsi ilə hadisə yerinə səhiyyə, xilasetmə və polis briqadaları gəlib.

Yaralılar təcili tibbi yadım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Xəstəxanadan “Jeep” markalı avtomobilin sürücüsünün vəziyyəti ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh